Vergi orqanları ilə daxilolmalar 14 mlrd. manat nəzərdə tutulur

17:18 - 2.08.2023


2 avqust, Fineko/abc.az. Cari ildə vergi orqanlarının xətti ilə daxilolmaların məbləği 14 milyard 987 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 585 milyon manat və ya 11,8 faiz çoxdur.

Bu barədə ABC.AZ   Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Qeyd olunan vəsaitin 6 milyard 2 milyon manatı və ya 40 faizi neft-qaz sektorunun, 8 milyard 985 milyon manatı və ya 60 faizi isə qeyri-neft/qaz sektorunun payına düşəcəkdir.