Dövlət istiqrazları üzrə  büdcəyə 1 mlrd. manat vəsait daxil olub

17:25 - 1.08.2023


1 avqust, Fineko/abc.az. 2023-cü ilin birinci yarısında daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları üzrə dövlət büdcəsinə 1 milyard 15 milyon manat məbləğində vəsait daxil olub. 

Bu barədə  ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir.
 Dövlət büdcəsinə daxil olmuş vəsaitin 724,1 milyon manat həcmində hissəsi xarici və daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin yenidən maliyyələşdirilməsinə, 290,9 milyon manat həcmində hissəsi isə dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsinə yönəldilib.