16:11 - 1.08.2023
1 avqust, Fineko/abc.az. 2023-cü ilin faktiki daxilolmaları nəzərə alınmaqla xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisində 2024-cü il 1 yanvar tarixinə Dövlət Neft Fondunun aktivlərinin 51,7 milyard dollar olacağı proqnozlaşdırılır.
Bu barədə ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir.
Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 2024-cü il 1 yanvar tarixinə Dövlət Neft Fondunun aktivlərinin xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisi ilə müqayisədə təqribən 0,7 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olur.
Belə ki, gələn il yanvarın 1-nə Dövlət Neft Fondunun aktivləri xam neftin bir barelinin qiymətinin 60 dollar ssenarisinə nəzərən 40 dollar ssenarisində 1,4 milyard dollar az olmaqla 50,3 milyard dollar, 80 dollar ssenarisində isə 1,4 milyard dollar çox olmaqla 53,1 milyard dollar gözlənilir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026