Bakı Fond Birjası”  və “Qırğız Fond Birjası”  Anlaşma Memorandumu imzaladılar

14:54 - 31.07.2023


31 iyul, Fineko/abc.az  26 iyul 2023-cü il tarixində Çolpan-Ata şəhərində (Qırğızıstan) keçirilən Azərbaycan-Qırğızıstan Biznes Forumu çərçivəsində “Bakı Fond Birjası” QSC və “Qırğız Fond Birjası” QSC arasında Anlaşma Memorandumu imzalanmışdır. 

ABC.AZ Fonda istinadla xəbər verir ki, memorandum “Bakı Fond Birjası” QSC tərəfindən İdarə Heyəti Sədrinin v.m.i.e. Eldar Abdullayev və “Qırğız Fond Birjası” QSC tərəfindən prezident Nazaraliev Medetbek Tagaybekoviç tərəfindən imzalanıb. 

Qeyd olunur ki, memorandum hər iki ölkənin birjalarına kapital bazarında əməkdaşlığı genişləndirməyə,  birja ticarətinin təşkili üzrə təcrübə mübadiləsinə, birja ticarəti mexanizmlərindən istifadə etməklə fond bazarı sahəsində ticarət-iqtisadi əlaqələrin inkişafının genişlənməsinə imkan yaradacaq.