Hansı Bankın cəmi əməliyyat gəlirləri 98 milyon 653 min manat olub?

16:04 - 26.07.2023


26 iyul, Fineko/abc.az. 2023-cü ilin birinci yarısında "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 98 milyon 653 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, ilin birinci yarısında Bankın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 74 milyon 35 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 418 min manat olub.

Bank əməliyyat mənfəətindən 4 milyon 949 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarra ayırıb.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin  birinci yarısında "AccessBank"ın cəmi əməliyyat gəlirləri 68 milyon 672 min manat, cəmi əməliyat xərcləri 61 milyon 717 min manat, əməliyyat mənfəəti 6 milyon 955 min manat təşkil etmiş, ehtiyata 5 milyon 115 min manat ayırmışdı.

Müəllif: Elmir Murad