12:31 - 26.07.2023
26 iyul, Fineko/abc.az. Cari ilin ilk 6 ayı ərzində Bakıda ümumilikdə 20 min 93 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,4 faizini təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5471 müqavilə), 2 saylı Sumqayıt (2060 müqavilə), 5 saylı Xaçmaz (2026 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1773 müqavilə) aparılıb.
Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026