10:40 - 26.07.2023
26 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9% səviyyəsində saxlanılıb.
ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% səviyyəsində saxlanılıb.
Uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərindəki dəyişikliklər və risk balansı nəzərə alınmaqla qəbul edilmişdir.
Bundan əvvəl AMB uçot dərəcəsini ardıcıl 5 dəfə artırıb - hər dəfə 25 b.b.: sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 4 may 2023 - cü il tarixindən 25 b.b. - 9% - ə qədər artırıb, iyun ayında 9% səviyyəsində saxlayıb.
AMB növbəti dəfə uçot dərəcəsi məsələsini sentyabrın 20-də müzakirə edəcək.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026