16:41 - 25.07.2023
25 iyul, Fineko/abc.az. Rusiya bank sektorunun xalis mənfəətinin iyun ayında əvvəlki ayla müqayisədə 15 faiz artaraq 314 milyard rubla yüksəlib.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada qeyd edilib.
Məlumatda bildirilir ki, Rusiyanın Bank sektorunun ilin ilk yarısındakı xalis mənfəəti isə rekord qıraraq 1,7 trilyon rubla qədər artıb.
Rusiyada Bank sektorunun 2021-ci ildə illik xalis mənfəətinin 2,4 trilyon rublla rekord qırdığı xatırladılırkən, 2023-cü ilin xalis mənfəətinin sözügedən səviyyəyə yaxınlaşması və ya aşması gözlənildiyi qeyd edilib.
Rusiya bank sektoru 2022-ci ili sanksiyalara görə 1,5 trilyon rubl zərərlə bağladığı halda, bu il rublun ucuzlaşması səbəbindən bankların valyuta aktivləri və öhdəlikləri rubl ifadəsində böyüməyə başlayıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026