15:22 - 25.07.2023
25 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 16-nın ötən il ödədiyi mənfəət vergisi əvvəlki illə müqayisədə çox olub.
ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Kəpəz”, “Finans Kredit”, “Asel Kredit”, “International”, “PSG Finans”, “MJ Financial Services”, “TCF”, “Premier Kredit”, “City Finance”, “Kredex”, “Qafqaz-Kredit”, “Avrasiya-Kredit”, “İdeal Kredit”, “Aqrarkredit”, “MCB” və “Embafinans” BOKT-lardır. Ən yüksək dinaika “Kəpəz”də (17,5 dəfə), ən aşağı dinamika isə “Embafinans”da (4,4%) qeydə alınıb.
8 BOKT-un – “Azkredit”, “M Bulak”, “Viator Mikrokredit Azərbaycan”, “Kredit Servis”, “Brand Credit”, “Falcon Finance”, “Effektinvest” və “Pro Kredit”in isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Effektinvest” və “Pro Kredit”də (100%), ən az azalma isə “Azkredit”də (0,9%) qeydə alınıb.
1 BOKT-un – “Merkuri”nin mənfəət vergisi ödəmələri dəyişməyib.
1 BOKT-un – “Azərbaycan Mikro-Kredit”in mənfəət vergisi ödəmələri üzrə qənaəti artıb, 1 BOKT-un – “İcraçı Kredit Agentliyi”nin isə mənfəət vergisi ödəmələri üzrə qənaəti azalıb.
13 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azfinans”, “Azinvestkredit”, “Birkart”, “Caspian Invest”, “Finans Invest”, “Finex Kredit”, “Fintrend”, “FNC”, “Para”, “Prior Credit” və “SF Azerbaijan” həm 2022-ci ildə, həm də 2021-ci ildə vergi ödəməyib və yaxud vergi ödəmələrinə qənaət etməyib. 10 BOKT - “Azpul”, “FİNKA Azərbaycan”, “İnkişaf üçün maliyyə”, “TBC Kredit”, “Finoko”, “Nas Project”, “Finkapital”, “Regional”, “Optimal Finance” və “IDK” ötən il vergi ödəsə də, əvvəlki il vergi ödəməyib və yaxud vergi ödəmələrinə qənaət edib. 2 BOKT - “Azmikroinvest” və “Kredaqro” isə 2022-ci ildə vergi ödəmələrinə qənaət etsə də, 2021-ci ildə qənaət etməyib və yaxud vergi ödəyib. Odur ki, bu kredit təşkilatlarının ödədiyi (qənaət etdiyi) mənfəət vergisinin dinamikasını hesablamaq mümkün olmayıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026