15:26 - 24.07.2023
24 iyul, Fineko/abc.az. “Naxçıvan Bankın” depozit portfeli II rübdə 112,2 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 43,2 milyon manat, yaxud 27,8% azdır.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, depozit portfelinin 9 milyon manatını fiziki şəxslər,101 milyon manatını hüquqi şəxslər üzrə depozitlər təşkil edir.
Fiziki şəxslər üzrə depozitlər son 6 ay ərzində 1,3 milyon manat, və ya 13,1%, hüquqi şəxslər üzrə depozitlər isə 44 milyon manat, yaxud 30,4% azalıb.
“Naxçıvan Bank”in kapitalı 4 milyon 892 min manat, yaxud 4,4% azalaraq 107,3 milyon manata düşüb.
Bankın bölüşdürülməmiş mənfəətinin həcmi isə 28 milyon 969 manat olub. Ötən ilin sonunda isə bank 25 milyon 364 min manat mənfəət əldə etmişdi ki, bu da 14,2%-lik artım deməkdir.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026