Azərbaycan Dünya Bankı ilə bu layihəni müzakirə etdi

14:55 - 24.07.2023


24 iyul, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Dünya Bankı arasında Avropa İttifaqının (Aİ) 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankının həyata keçirdiyi “Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) texniki yardım layihəsi müzakirə edilib.

Bu barədə ABC.AZ-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, qurumda tərəflər arasında keçirilmiş görüşdə Dünya Bankının nümayəndələrinə dövlət satınalmaları sahəsində atılan addımlar barədə məlumat verilib, Dövlət Xidmətinin gözləntiləri çatdırılıb.

Tərəflər, həmçinin layihə çərçivəsində uğurlu əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparıb.