14:49 - 24.07.2023
24 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 16-nın ötən il vergiyəqədərki mənfəəti olmayıb.
ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “Azfinans”, “Azmikroinvest”, “FNC”, “Azəri Star Mikromaliyyə”, “Caspian İnvest”, “Aset Maliyyə Texnologiyaları”, “Finans İnvest”, “Azinvestkredit”, “İcraçı Kredit Agentliyi”, “Birkart”, “Prior Credit”, “SF Azerbaijan”, “Azərbaycan Mikro-Kredit”, “Kredaqro”, “Finex Kredit” və “Para” BOKT-lardır. Zərərin ən yüksək həddi “Para”da 1,825 milyon manat), zərərin ən aşağı həddi isə “Azfinans”da (3 min manat) qeydə alınıb.
Qalan 36 BOKT isə müxtəlif məbləğlərdə vergiyəqədərki mənfəət əldə edib. Onlardan 6-da bu göstərici 3 milyon manatdan çox olub. Bunlar, “PSG Finans” (6,673 milyon manat), “Azpul” (4,426 milyon manat), “Embafinans” (4,094 milyon manat), “City Finance” (3,825 milyon manat), “M Bulak” (3,515 milyon manat) və “FİNKA Azərbaycan” (3,502 milyon manat) BOKT-lardır.
Qalan 30 BOKT-dan 8-nin vergiyəqədərki mənfəəti 1-3 milyon manat arasında, 13 BOKT-un vergiyəqədərki mənfəəti 100 min manatdan 1 milyon manata qədər, 9 BOKT-un vergiyəqədərki mənfəəti isə 100 min manatdan azdır.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026