Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 100 baza bəndi artırdı

16:51 - 21.07.2023


21 iyul, Fineko/abc.az. Rusiyada işğaldan sonra ilk faiz artımı reallaşıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 100 baza bəndi artıraraq 8,50%-ə qaldırıb.

Analitiklər daha az gözləyirdi. Bekə ki, iqtisadçıların gözləntiləri uçot dərəcəsini 50 bənd artırması idi.

İyun ayında uğursuzluğa düçar olan Vaqner üsyanı xarici ticarətin pisləşməsinin yaratdığı təzyiqi artıraraq, rublu bu il inkişaf etməkdə olan bazarlar arasında dollar qarşısında ən pis performans göstərən valyutalardan birinə çevirdi.