Neft Fondunun aktivlərinin əsas hissəsi ABŞ dollarındadır

12:22 - 19.07.2023


19 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini, əvvəlki kimi, ABŞ dollarında yerləşdirməyə üstünlük verir və bu valyutada aktivlərin xüsusi çəkisi 69,6% təşkil edib.

ABC.AZ Interfax-a istinadən xəbər verir ki, bu barədə fondun məlumatında qeyd edilib. Bildirilib ki, 2023-cü il iyunun 30-na olan vəziyyətə görə, ARDNF-in aktivləri $54 milyard 915,07 milyon təşkil edib, bunun $0,83 milyonu Azərbaycan manatına ekvivalentdir, qalanı digər valyutalarda yerləşdirilib.

2023-cü il iyunun sonuna olan vəziyyətə görə, ARDNF-in investisiya portfeli $54 milyard 914,25 milyona bərabərdir.