12:08 - 19.07.2023
19 iyul, Fineko/abc.az. Dövlət Vergi Xidməti (DVX) tərəfindən 2023-cü ilin I yarısında 21 milyon 288,5 min manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.
Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, qurum tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində vergi ödəməkdən yayınma faktları üzrə 268 cinayət işi başlanılıb.
Əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 80 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 38 cinayət işi məhkəməyə göndərilib, istintaqı tamamlanmış 42 cinayət işindən 18 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib.
Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 3 milyon 551,8 min manat məbləğində vəsait ödənilib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026