11:26 - 19.07.2023
19 iyul, Fineko/abc.az. Zimbabve dolları son bir ayda ABŞ dolları qarşısında möhkəmlənən valyutalardandır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyindən bildirilib.
Qeyd edilib ki, Afrika ölkəsinin dolları nəinki güclənib, hətta ABŞ dolları qarşısında qüdrətlənən milli valyutası arasında lider olub.
Agentliyin məlumatına görə, iyunun ortalarından etibarən Afrika ölkəsinin valyutası ABŞ dollarına nisbətdə birdən-birə 41.8% bahalaşıb. Sonrakı yerdə Syerra-Leonenin valyutası gəlir – o, 13.3% artıb, üçüncü yerdə isə 9.5% möhkəmlənən alban leki qərarlaşıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026