15:08 - 18.07.2023
18 iyul, Fineko/abc.az. "PAŞA Bank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 97 milyon 106 min manat xalis mənfəət ilə başa vurub.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, Bank ötən ilin eyni dövrünü 64 milyon 844 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "PAŞA Bank" ASC-nin xalis mənfəəti 31 milyon 262 min manat və ya 49,7% artıb.
Bununla yanaşı, Bankın faiz gəlirləri 2023-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% artaraq 204 milyon 552 min manat, qeyri-faiz gəlirləri isə 18,9% artaraq 92 milyon 808 min manat təşkil edib.
Müəllif: Elmir Murad
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026