16:21 - 14.07.2023
14 iyul, Fineko/abc.az. 30 iyun 2023-cü il tarixində ABB 1 milyard 568 milyon 317 min manat məcmu kapitala malik olub.
ABC.AZ xəbər verir ki, yarım il ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 19.39%, məcmu kapitalının adekvatlıq əmsalı 21.35% təşkil edib.
Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün 6% və 12%) yüksək qalmaqdadır.
Müqayisə üçün qeyd edək ki, 31 dekabr 2022-ci il tarixində ABB-nin məcmu kapitalı 1 milyard 385 milyon 105 min manat təşkil edirdi.
Həmçinin qeyd edək ki, ABB ASC-nin Səhmdarlarının növbəti Ümumi Yığıncağının 03.07.2023-cü il tarixli qərarına əsasən, Bankın 2022-ci ildə əldə edilmiş mənfəətindən 156.6 milyon manat məbləğində vəsaitin Bankın səhmdarlarına dividend şəklində ödənilməsinə dair qərar qəbul edilib.
Dividendin 150 milyon manatı dövlət büdcəsinə ödənilib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026