15:32 - 14.07.2023
14 iyul, Fineko/abc.az. "ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2023-cü ilin ilk 6 ayını (yanvar-iyun) 164 milyon 38 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, bank ötən ilin eyni dövrünü 118 milyon 417 min manat xalis mənfəətlə bağlamışdı.
Beləliklə, ABB-nin xalis mənfəəti 2023-cü ilin ilk 6 ayında ötən ilin ilk 6 ayı ilə müqayisədə 45 milyon 620 min manat və ya 38,5% artıb. Xalis mənfəətin artması əsasən faiz gəlirlərinin artmasından qaynaqlanır.
2023-cü ilin birinci yarısında ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri)133 milyon 668 min manat və ya 39,8% artaraq 469 milyon 164 min manat təşkil edib. 2022-ci ilin birinci yarısında ABB-nin cəmi əməliyyat gəlirləri 335 milyon 496 min manat təşkil etmişdi.
2023-cü ilin birinci yarısında ABB-nin faiz gəlirləri 122 milyon 570 min manat artaraq 376 milyon 426 min manat, qeyri-faiz gəlirləri isə 11 milyon 98 min manat artaraq 92 milyon 738 min manata yüksəlib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026