Valyuta hərracında bankların tələbi 2 dəfə artıb

13:48 - 11.07.2023


11 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyulun 11-də keçirilən valyuta hərracında bankların tələbi $32,2 mln təşkil edib və tam təmin edilib. Bu, ötən hərracda olduğundan $16,5 mln və ya 2,05 dəfə çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

İyulun 6-da keçirilən valyuta hərracında AMB banklara $15,7 mln satıb.