Azərbaycanda BOKT-lar niyə azalır?

11:49 - 11.07.2023


11 iyul, Fineko/abc.az. Mərkəzi Bank 4 illik fasilədən sonra ölkədəki bank olmayan kredit təşkilatlarının (BOKT) sayının yenidən azalmağa başlamasını şərh edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, BOKT-ların dayanıqlı idarəetməsi mütəmadi nəzarətdə saxlanılır və qanunvericiliyə müvafiq tədbirlər görülür.

"Bu ilin I yarısında AMB-nin İdarə Heyətinin müvafiq qərarları ilə “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar 3 BOKT-un lisenziyası ləğv edilib. Bununla belə BOKT sektorunun inkişafı diqqət mərkəzindədir və onların fəaliyyətinə dəstək göstərilir. Bu çərçivədə BOKT-lərin inkişafı strategiyasının formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir, eləcə də sektorun nümayəndələri ilə qarşılıqlı dialoq formatında sektorun inkişaf perspektivləri, problemlər və onların həlli yolları mütəmadi müzakirə edilir" - deyə Mərkəzi Bankdan bildirilib.