Problemli kreditlərin həcmi kəskin azalıb - ABA sədri

11:43 - 10.07.2023


10 iyul, Fineko/abc.az. Azərbaycanda bank sektorunu üzrə problemli kreditlərin cari həcmi 500 milyon manatdan azdır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

O bildirib ki, problemli kreditlərin ümumi kredit portfelinə nisbəti beynəlxalq standartlara tələb etdiyi faizlər dərəcəsindən aşağıdır.

O qeyd edib ki, bank mübahisələrində mediasiyanın tətbiqi də problemli kreditlərin azalmasına təsir edib.