Türkiyədə bu səbəbdən banklar üçün vergiləri artıracaq

17:27 - 5.07.2023


5 iyul, Fineko/abc.az. Türkiyədə dağıdıcı zəlzələlər nəticəsində ağırlaşan büdcə kəsirinin bir hissəsini kompensasiya etmək üçün yerli banklar və şirkətlər üçün vergiləri artırmağı planlaşdırılır. 

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazıb.

Hakim AK Partiyasının təqdim etdiyi qanun layihəsində korporativ vergi dərəcəsinin 20%-dən 25%-ə qaldırılması təklif edilir. Layihəyə əsasən, banklar, sığortaçılar, brokerlər, pensiya firmaları və elektron ödəniş şirkətləri üçün korporativ vergi dərəcəsi 25%-dən 30%-ə qaldırılacaq.

Ölkə rəhbərliyi may ayında keçiriləcək seçkilər ərəfəsində maliyyə xərclərini artırdı, maaşları artırdı və milyonlarla insana erkən pensiya təklif edilmişdi. Bildirilir ki, fevral ayının 6-da baş vermiş dağıdıcı zəlzələ də iqtisadiyyata əlavə milyardlarla zərər vurub.