14:54 - 5.07.2023
5 iyul, Fineko/abc.az. Polşa inflyasiya səviyyəsinə görə Avropa İttifaqının (Aİ) bütün ölkələri arasında birinci yerdədir.
ABC.AZ xəbər verir ki, bu “Eurostat”ın məlumatlarında öz əksini tapıb.
Qeyd olunur ki, Polşada mal və xidmətlərin qiymətləri 11.5% artıb ki, bu da avrozona üçün rekord göstərici olub. Qiymət artımına görə Polşadan sonrakı yeri Slovakiya tutur. Burada inflyasiya 11.3% təşkil edir.
Eyni zamanda, əvvəllər qiymət artımında lider olan Baltikyanı ölkələr bu zonadan çıxıb. Məsələn, Latviyada inflyasiya azalaraq 8.1%, Litvada isə 8.2% təşkil edib.
Daha əvvəl bildirilib ki, Polşa sakinlərinin maddi vəziyyəti 2023-cü ildə kəskin pisləşib və əmanətlər praktiki olaraq yox olub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026