Yaponiyanın vergi gəlirləri rekord həddə çatıb

11:07 - 4.07.2023


4 iyul, Fineko/abc.az. Yaponiyanın 2022-ci maliyyə ilində vergi gəlirləri rekord həddə çataraq 71,1 trilyon yen (491,5 milyard dollar) təşkil edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya iqtisadiyyatı Covid-19-dan sonra bərpa olunmağa davam etdiyi üçün, son maliyyə ilində vergi gəlirləri indiyə qədər ən yüksək səviyyəni görüb.

Yaponiyanın 2022-ci maliyyə ili üçün 2022-ci ilin aprel-2023-cü ilin mart aylarını əhatə edən vergi gəlirləri ilk dəfə olaraq 70 trilyon yenanı keçib. Müvafiq olaraq, 2022-ci maliyyə ili vergi gəlirləri 71,1 trilyon yen (491 milyard dollar) olaraq qeydə alınıb.

Bu, Yaponiyanın ən yüksək vergi gəliri idi. 2022-ci maliyyə ili vergi gəlirləri 2021-ci maliyyə ili ilə müqayisədə 6,1 faiz artıb.