16:53 - 3.07.2023
3 iyul, Fineko/abc.az. 23 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BOA Agency" ASC-nin səhmləri standart bazar seqmentində şərti listinqə daxil edilib.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, 5 iyul 2023-cü ildə "BOA Agency" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq.
Adi adlı sənədsiz səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 86 000 ədəddir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.