"Caspian İnvest" BOKT-un zərəri kəskin artıb

14:23 - 3.07.2023


3 iyul, Fineko/abc.az. "Caspian İnvest" BOKT 2022-ci ilin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkət ötən il kiçilməkdə davam edib, zərəri isə kəskin artıb.

Şirkətin hesabatına əsasən, 2022-ci ildə "Caspian İnvest" BOKT-un faiz gəlirləri cəmi 45,3 min manat olub, üstəlik bu ötən illə müqayisədə 1,3 min manat və ya 2,7 % azdır.

Şirkətin faiz xərcləri isə 3 dəfəya yaxın azalaraq 1 451 manat təşkil edib. Nəticədə "Caspian İnvest" BOKT-un xalis faiz gəliri 44 min manata yaxın olub, bu əvvəlki ildən 1,7 min manat və ya təqribən 4% artıqdır.

Müəllif: Elmir Murad