Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb

16:46 - 24.06.2023


24 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 31 may 2023-cü il tarixinə bankların kredit portfeli 20 milyard 659,26 milyon manat məbləğində qiymətləndirilir (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,4%). Mayda bankların portfeli 279,7 milyon manat artıb.

2023-cü ilin yanvar-may aylarında bankların biznes kreditləri portfeli 2,9% - 11 milyard 170,8 milyon manata qədər (bütün kredit portfelinin 54,1%-i), mayda 62,8 milyon manat artıb.