Azərbaycanda bankomatların və POS-terminalların - SAYI ARTIB

17:31 - 23.06.2023


23 iyun, Fineko/abc.az. 2023-cü ilin iyun ayının 1-nə Azərbaycanda bankomatların sayı 3075 ədəd, POS-terminalların sayı isə 80462 ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatların sayı 2.6% və ya 79 ədəd, POS-terminaların sayı isə 16.1% və ya 11 min 187 ədəd artıb.

Qeyd edək ki, bankomatların 52%-i və ya 1602 ədədi, POS-terminalların 68.9%-i və ya 55 min 404 ədədi Bakı şəhərində yerləşir.