Azərbaycanda 10 bank filialı və 8 bank şöbəsi - BAĞLANIB

17:19 - 23.06.2023


23 iyun, Fineko/abc.az. 31 may 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 483, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 003 olub. 

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, hesabat ayında filial, şöbə və bank sektorunda çalışanların sayında azalma 1 bankın lisenziyasının geri çağırılması ilə bağlı olub.

Əvvəlki ay ilə müqayisədə bank filiallarının sayı 10 ədəd, bank şöbələrinin sayı 8 ədəd azalıb, ATM-lərin sayı isə 1 ədəd artıb.