Vergiyəqədərki mənfəəti çox olan investisiya şirkətləri

14:52 - 23.06.2023


23 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 13 investisiya şirkətindən 3-nün ötənilki vergiyəqədərki mənfəəti 1,5 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “PAŞA Kapital” (4,4 milyon manat), “İnvest-AZ” (2,03 milyon manat) və “CPM-Invest”dir (1,576 milyon manat).

Qalan 10 investisiya şirkətindən 1-nin vergiyəqədərki mənfəəti 1-1,5 milyon manat arasında, 5-nin vergiyəqədərki mənfəəti isə 1 milyon manatdan azdır. 4 investisiya şirkəti - “Capital Partners”, “Plato Capital and Co.”, “Troni” və “MFX-Trading” isə vergiyəqədərki zərərlə üzləşib.