Valyuta hərracında bankların tələbi 13% azalıb

12:33 - 22.06.2023


22 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyunun 22-də keçirilən valyuta hərracında bankların tələbi 20,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 3,1 milyon dollar və ya 13,14% azdır.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

İyunun 20-də valyuta hərracında Mərkəzi Bank banklara 23,6 milyon dollar satıb.