15:24 - 21.06.2023
21 iyun, Fineko/abc.az. “Mastercard” beynəlxalq ödəniş sistemi kriptovalyuta bazarına daxil olur. Belə ki, 198 ölkədə fəaliyyət göstərən və 22 min maliyyə qurumu “Mastercard” artıq yeni ticarət markasının qeydiyyatı üçün müraciət edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Mastercard”ın Bitcoin əməliyyatları üçün optimallaşdırılmış proqram təminatı hazırlamağı planlaşdırdığını göstərən skrinşot yerləşdirilib.
Skrinşotdan görünür ki, şirkət virtual aktiv təminatçıları arasında əlaqələri azaltmaqla rəqəmsal aktiv əməliyyatlarını asanlaşdırmaq istəyir.
Bu addım “Mastercard”ın kriptovalyuta sektorunda sürətlə artan iştirakı üçün vacibdir. Korporasiya 2021-ci ilin fevral ayında öz şəbəkəsində məhdud sayda kriptovalyuta təklif etmək niyyətini açıqlamışdı.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026