11:22 - 21.06.2023
21 iyun, Fineko/abc.az. ABŞ-da yerləşən “Kohlberg Kravis Roberts” (KKR) investisiya fondu “PayPal”ın satın alınmasında razılıq əldə edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yerləşən KKR investisiya fondu Avropada 40 milyard avroya qədər kredit götürmək üçün onlayn ödəmə sistemi olan “PayPal”ı satın alacaq.
“PayPal” şirkəti tərəfindən məlumat təsdiqlənib. Satışın bu ilin ikinci yarısında başa çatdırılması gözlənilir.
Satış tamamlandıqdan sonra “PayPal” 2023-cü ildə səhmlərin geri alınması üçün əlavə 1 milyard dollar ayıracaq.
Beləliklə, “PayPal” bu il cəmi 5 milyard dollarlıq səhm alışı etməyi planlaşdırır.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026