14:49 - 20.06.2023
20 iyun, Fineko/abc.az. Azərbaycanda investisiya şirkəti satışa çıxarılıb.
ABC.AZ xəbər verir ki, söhbət "MFX Trading İnvestisiya şirkəti"ndən gedir.
2020-ci ildə yaradılaraq fəaliyyətə başlayan şirkət yalnız bir il - 2021-də normal fəaliyyət göstərməyə çalışıbl və 21 min manat gəlir əldə edib.
Bundan əvvəl, 2020-ci ildə şirkət 60 manat, 2022-ci ildə isə cəmi 22 manat gəliri olub.
Əvəzində şirkət davamlı zərərlər edib. 2020-ci ildə 53 min manat, 2021-ci ildə 218 min manat, 2022-ci ildə isə 304 min manatlıq zərərlər edib.
Şirkətin fəaliyyətini şəh edən direktor Zahir Abdullayev bildirib ki, hazırda «MFX Trading İnvestisiya şirkəti»nə kənar investorun cəlbedilməsi üçün işlər aparılır və bununla bağlı təkliflər gözlənilir.