12:24 - 19.06.2023
19 iyun, Fineko/abc.az. 2023-cü ilin I rübündə biznes kreditlərinə tələbin artım tempi əhəmiyyətli dərəcədə səngiyib.
ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bank tərəfindən 2023-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Qeyd edilib ki, xarici valyutada verilən biznes kreditləri üzrə isə tələb azalıb.
Banklar 2023-cü ilin II rübü üçün biznes kreditləri üzrə gözləntilərində milli valyutada, habelə qısamüddətli və uzunmüddətli kreditlərə tələbin artmasını, xarici valyutada olan kreditlərə isə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026