Azərbaycan Bank sektorunda Türkiyə ilə əməkdaşlıq edə bilər

15:48 - 13.06.2023


13 iyun, Fineko/abc.az. "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi "Türkiyə Müştərək Banklar Birliyi" ("Türkiye Katılım Bankalar Birliği") ilə anlaşma memorandumu imzalayıb.

ABC.AZ xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən "Fintech Summit" - Maliyyə və Texnologiyalar Sərgisi çərçivəsində baş tutub.

Sənədə iki qurumun rəhbəri - Zakir Nuriyev və İlker Sırtkaya imza atıb.