10:13 - 8.06.2023
8 iyun, Fineko/abc.az. "Naxçıvanbank" ASC uzun müddət ərzində gizli saxladığı mülkiyyətçilərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, bankın yaydığı məlumata görə, 2022-ci ilin sonunadək bankın sahibləri Vasif Talıbovun ailə üzvləri olub.
Bununla yanaşı, bankdan bildirilib ki, artıq Talıbovlar ailəsi bankın səhmlərin satıb sahibliyini tərk ediblər. Belə ki, artıq 2023-cü ilin fevralın 1-də bankın səhmləri yeni mülkiyyətçilərə keçib.
Onların yeni sahibləri Hüseyn Məmmədov Yaşar oğlu (səhmlərin 63,66%-i), Rüfət Məmmədov Əhədağa oğlu (26,52%) və Binnət Novruzov Yasin oğludır (9,82%).
Bankın yeni səhmdarlara hansı məbləğə satıldığı məlum olmasa da, o məlumdur ki, Talıbovlar ailəsi bankı satmazdan əvvəl 14 milyon 59 min manat dividendlərini götürə biliblər.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026