17:13 - 1.06.2023
1 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları may ayında 13,5 milyon dollar azalıb.
ABC.AZ xəbər verir ki, mayın 31-də AMB-nin ehtiyatları 9 milyard 175,7 milyon dollar təşkil edir ki, bu da aprelin sonundakı göstəricidən – 9 milyard 189,2 milyon dollardan aşağıdır.
Ümumilikdə, 2022-ci ilin sonu ilə müqayisədə AMB-nin valyuta ehtiyatları 5 ay ərzində 180 milyon dollar artıb. 2022-ci ilin sonunda bu göstərici 8 milyard 995,7 milyon dollar idi.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026