Əməliyyat mənfəəti 15 mln. manatı ötən banklar

15:12 - 24.05.2023


24 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin bu ilin I rübündəki əməliyyat mənfəəti 15 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (126,678 milyon manat), “Kapital Bank” (11,146 milyon manat), “PAŞA Bank” (62,406 milyon manat),  “Xalq Bank” (20,141 milyon manat) və “Unibank” (15,7 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 2-də əməliyyat mənfəəti 10-15 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 6 bankda isə 1 milyon manatdan azdır.