Cari ildə nizamnamə kapitalı artan banklar

15:50 - 16.05.2023


16 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 4-nün bu il aprelin 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “Unibank”, “Kapital Bank”, “Naxçıvan Bank” ASC-lər, “Access Bank” QSC-dir.

Ən yüksək dinamika “Unibank”da (14,3%), ən aşağı dinamika isə “Access Bank”da (4,4%) qeydə alınıb.

Qalan 21 bankın nizamnamə kapitalı dəyişməyib.