17:45 - 15.05.2023
15 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Ağahüseyn Xudaverdiyev Azərbaycan Republikası Milli Depozit Mərkəzinə sədr təyin olunub.
ABC.AZ-ın məlumatına görə, Mərkəzə direktor təyin olunan Ağahüseyn Kamal oğlu Xudaverdiyev, 1976-cı ildə Bakıda doğulub.
O, 1983-1993-cü illərdə Səbail rayonu 189 saylı orta məktəbdə təhsil alıb.
A.Xudaverdiyev 1993-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəniyyət müəssisələri üzrə menecment” fakültəsində ali təhsil alıb.
Yeni direktor 1999-2001-ci illərdə “Təfəkkür” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr təhsili alıb.
O, 2001-2004-cü illərdə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1999-cu ildə Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Qiymətli kağızların tədavülünün tənzimlənməsi departamentində aparıcı mütəxəssis vəzifəsində başlayıb.
2002-ci ildə sözügedən qurumda tədavülünün tənzimlənməsi departamentinin baş mütəxəssisi, sonradan isə Korporativ qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub, 2003-cü ildə Qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsinin Korporativ qiymətli kağızların tədavülünün tənzimlənməsi sektorunun müdiri işləyib.
2010-cu ildə həmin Komitədə Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifələrini icra edib.
A.Xudaverdiyev 2010-cu ilin iyul ayından 2016-cı ilin mart ayınadək Komitədə Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi alan direktor Prezidentin 2013-cü il 4 sentyabr tarixli 3118 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
A.Xudaverdiyev ailəlidir, 2 övladı var.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026