Qonşu ölkədə iqtisadi artım 7 faizi keçib - Hesabat

15:47 - 15.05.2023


15 may, Fineko/abc.az. 2023-cü ilin birinci rübündə Gürcüstanda iqtisadi artım 7,2% təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında deyilir.

Məlumata görə, 2023-cü ilin mart ayında əvvəlki ilin mart ayı ilə müqayisədə ÜDM 7,2% artıb. Buna tikinti, maliyyə və sığorta fəaliyyəti, nəqliyyat və anbar təsərrüfatı, ticarət kimi sənaye sahələrində artım kömək edib.

Qeyd edilir ki, istehsal, enerji və daşınmaz əmlak sektorlarında əlavə dəyərdə azalma tendensiyası müşahidə olunub.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstanın ÜDM-i 10,1% artıb.