“Bitcoin” 7-ci gündür çökür

16:20 - 12.05.2023


12 may, Fineko/abc.az. Kriptovalyuta bazarlarında mənfi tendensiya davam edir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Bitcoin” (BTC) çöküşünü yeddinci günə daşıyıb.

Günə 27 642 dollar ətrafında başlayan BTC səhər satışları ilə 26 153 dollara düşüb. BTC son 24 saat ərzində 2%-dən çox dəyər itirərək 26 352 dollara ticarət edilir.

Beləliklə, BTC martın 17-dən bəri ən aşağı səviyyəsini görüb.