Banklarımız bu il 68 milyon manat mənfəət vergisi ödəyib

14:10 - 8.05.2023


8 may, Fineko/abc.az. Azərbaycan bankları 2023-cü ildə 68 milyon manat mənfəət vergisi ödəyiblər.

ABC.AZ xəbər verir ki, 2023-cü ilin 1-ci rübü ərzində Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 11-i mənfəət vergisi ödəyib, digər 14 bank isə bunu qarşıdakı dövrlərə saxlayıb.

Hesabat dövründə bankların ödədiyi mənfəət vergisinin ümumi məbləği 68 milyon 378 min manat olub.