ABŞ iqtisadi fəlakətdən qaçmaq üçün borc limitini artırmalıdır

11:07 - 8.05.2023


8 may, Fineko/abc.az. ABŞ iqtisadi fəlakətdən qaçmaq üçün borc limitini artırmalıdır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın Maliyyə Naziri Janet Yellen bildirib.

O qeyd edib ki, borc limiti dilemmasının həlli üçün limitin artırılmasından başqa yaxşı variantın olmadığını bildirib.

ABŞ-ın iyun ayında nağd pul qıtlığı yaşaya biləcəyinə işarə edən ABŞ Maliyyə Naziri Yellen bildirib ki, çoxlu qeyri-müəyyənliyin olduğunu və yeni məlumatlar əldə olunduqca Konqresə məlumat verməyi planlaşdırdığını vurğulayıb.

Son bir neçə ayda fövqəladə tədbirlər həyata keçirdiklərini bildirən Yellen, artıq tədbirləri həyata keçirmək imkanlarının tükəndiyini və ölkənin nağd pul çatışmazlığına başlayacağını bildirib.