Son 20 il ərzində Azərbaycan yerli malların ixracını 15,6 dəfə artırıb - Taleh Kazımov

12:30 - 5.05.2023


5 may, Fineko/abc.az. Mərkəzi Bankın valyuta ehtiyatları bu gün 9,189 milyard dollardan çox, pul bazası təqribən 17,61 milyard dollardır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri bütün indikatorlar üzrə hər il artmaqdadır.

"Son 20 il ərzində Azərbaycan yerli malların ixracını 15,6 dəfə artırıb", - deyə T.Kazımov bildirib.