Strateji valyuta ehtiyatlarımız 41 dəfə artıb - Prezidentin köməkçisi

10:48 - 5.05.2023


5 may, Fineko/abc.az. Azərbaycanın strateji valyuta ehtiyatları 65,9 milyard ABŞ dollarına çatıb.

Valyuta ehtiyatlarımız 2003-cü illə müqayisədə bu ilin aprel ayına 41 dəfə artıb.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın təşkil etdiyi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Prezidentin köməkçisi Natiq Əmirov deyib.

Onun sözlərinə görə, son illər dünyada baş verən iqtisadi və siyasi çağırışlara baxmayaraq Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib, maliyyə-bank sisteminin möhkəmləndirilməsinə nail olunub.

Müəllif: Elmir Murad