“Mastercard”ın hindistanlı direktoru Dünya Bankına rəhbər seçildi

11:48 - 4.05.2023


4 may, Fineko/abc.az. Dünya Bankının yeni prezidenti seçilib.

ABC.AZ xəbər verir ki, yeni seçilən kadr əvvəllər “Mastercard” şirkətinin baş direktoru olub.

Belə ki, keçmiş baş direktou Acay Banqa bundan sonra Dünya Bankına rəhbərlik edəcək.

Məlumata görə, Bankın İcraçı Direktorları Acay Banqanı 2023-cü il iyunun 2-dən başlayaraq beş illik müddətə Dünya Bankının prezidenti seçiblər.

Müəllif: Elmir Murad