Avtomobil alışı üçün verilən istehlak kreditləri bu qədər azaldılıb

17:24 - 3.05.2023


3 may, Fineko/abc.az. 2023-cü ilin birinci rübündə Azərbaycanda avtomobil alışı üçün verilən istehlak kreditləri üzrə orta dərəcə illik 14%-dək azalıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Birinci ründə istehlak kreditlərin digər növləri üzrə dərəcələr dəyişməyib. Xüsusilə, məişət avadanlığının alışına istehlak kreditləri üzrə orta dərəcə 23%, mənzil təmirinə kreditlər üzrə - 23% təşkil edib.

Milli valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 26% səviyyəsində qalıb. Həmçinin, xarici valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 8%-ə bərabərdir.

2023-cü il martin sonuna milli valyutada istehlak kreditlərin digər növləri üzrə istehlak kreditləri üzrə orta dərəcə 19%, xarici valyutada – 5% təşkil edib.